Putin referendumda səs verdi

Putin referendumda səs verdi
  01 İyul 2020    Oxunub:2385
Rusiya Prezidenti Vladimir Putin Konstitusiya dəyişiklikləri ilə əlaqədar ümumxalq səsverməsində iştirak edib.
Azvision.az TASS-a istinadən xəbər verir ki, Putin Rusiya Elmlər Akademiyası Rəyasət Heyətinin binasındakı seçki məntəqəsində səs verib.

O, şəxsi qoruyucu vasitələrdən - maska və əlcəkdən istifadə etməyib, lakin seçki bülletenini verən məntəqə seçki komissiyasının üzvü maska və əlcək geyinib.

Rusiya Konstitusiyasına dəyişikliklərlə bağlı referendum iyunun 25-də ölkə daxilində başlayıb. Əsas səsvermə günü 1 iyuldur, amma ruslar iyunun 25-dən 30-dək səs verə bilərdi. Bu, koronavirus infeksiyasının yayılmasının qarşısını almaq üçün edildi.

Səslərin sayılması iyulun 1-də yerli vaxtla saat 20: 00-dan sonra aparılacaq.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: VladimirPutin  





Xəbər lenti