Mədəniyyət Nazirliyində yoxlama aparılır? - RƏSMİ

   Mədəniyyət Nazirliyində yoxlama aparılır? -    RƏSMİ
  01 İyul 2020    Oxunub:9334
Son günlər bəzi kütləvi informasiya vasitələrində Azərbaycan Respublikasının Hesablama Palatası tərəfindən Mədəniyyət Nazirliyində yoxlamanın keçirilməsi barədə xəbərlər yayılıb.
Azvision.az xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyi açıqlama yayıb.

Qeyd olunub ki, Hesablama Palatası 2019-cu ildə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyində nazirliyin və tabe müəssisələrin 2017-2018-ci illər üzrə fəaliyyətini əhatə edən audit yoxlaması aparıb.

"Rəsmi olaraq bildiririk ki, hal-hazırda Hesablama Palatası tərəfindən Mədəniyyət Nazirliyində hər hansı yoxlama aparılmır", - məlumatda vurğulanıb.

Azvision.az


Teqlər: Mədəniyyət   Nazirlik  





Xəbər lenti