İnzibati idarəçilikdən əhaliyə xidmət modelinə keçid
Əhalinin məşğulluğu, əmək, sosial müdafiə və təminat, əlillik və tibbi-sosial reabilitasiya sahələrində xidmətlərin keyfiyyətinin yüksəldilməsinə, bu xidmətlərin daha çevik və əhaliyə əlçatan, şəffaf və effektiv təşkilinə imkan verəcək.
Bu, eyni zamanda, qeyd edilən qurumların xidmətlərin təşkili və göstərilməsi zamanı qarşıya çıxan məsələlərə, vətəndaş müraciətlərinə daha adekvat, çevik reaksiyasına və nəticədə onların keyfiyyətli həll mexanizmlərinə şərait yaradır.
Hələ ötən ildən başlayaraq Nazirliyin tabeliyində yaradılan Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin – DOST Agentliyinin DOST mərkəzləri bu sahədə müasir iş təcrübəsinin, əmək, məşğulluq, sosial müdafiə və sosial təminat, əlillik və tibbi-sosial reabilitasiya sahələrində innovativ həllərə əsaslanan müasir xidmətlərin əyani nümunəsini formalaşdırıb. Azərbaycanın artıq sosial sahədə brendi kimi tanınan DOST xidmətləri modeli vətəndaşlara bir pəncərədən və vahid standartlar əsasında, onlarla açıq iş şəraitində, operativ və tam şəffaf xidmətləri özündə ehtiva edir. Təsadüfi deyil ki, həmin xidmətlərdən vətəndaş məmnunluğu göstəricisi 96 faiz təşkil edir.
Yeni mühüm struktur dəyişikliyi kimi yaradılan publik hüququ şəxslər də DOST nümunəsinə istinad edərək, əhaliyə dövlət sosial xidmətlərinin vətəndaş məmnunluğu prinsipinə uyğun təşkilinə və göstərilməsinə imkan yaradacaq.
Azvision.az
Teqlər: ƏƏSMN