Səfirlik bu ölkədə yaşayan azərbaycanlılara müraciət etdi

Səfirlik bu ölkədə yaşayan azərbaycanlılara müraciət etdi
  01 İyul 2020    Oxunub:2421
Azərbaycanın Ukraynadakı səfirliyi koronavirus pandemiyasının yaratmış olduğu çətinlikləri nəzərə alaraq, bu ölkədə yaşayan Azərbaycan vətəndaşlarının qanunsuz miqrant statusuna düşməmələri və öz fəaliyyətlərini hüquqi zəmində tənzimləməri məqsədilə 01 yanvar 2020-ci il tarixindən etibarən müddəti bitmiş bütün növ pasportların 31 dekabr 2020-ci il tarixinədək uzadılmış hesab olunması üçün Kiyevin müvafiq orqanlarına müraciət edib.
Azvision.az səfirliyə istinadən xəbər verir ki, müddəti bitdiyi üçün uzadılmış hesab olunan pasportlar yalnız Ukrayna ərazisində etibarlı hesab olunur.

"Korlanmış, vaxtı keçmiş pasportu olan və ya pasportunu itirmiş vətəndaşlar Azərbaycan Respublikasına qayıtmaq istədiklərində qayıdış şəhadətnaməsi almaq üçün səfirliyə müraciət etməlidirlər", - deyə məlumatda qeyd olunub.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Azərbaycan   Səfirlik  





Xəbər lenti