TƏBİB testlərlə bağlı ÜST-ə müraciət edib

 TƏBİB testlərlə bağlı ÜST-ə müraciət edib
  30 İyun 2020    Oxunub:4477
PZR testləri koronavirus infeksiyasının diaqnostikasında qızıl standart sayılır.
Azvision.az xəbər verir ki, bunu TƏBİB-in şöbə müdiri Yaqut Qarayeva Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib.

O, bildirib ki, bütün dünyada qəbul olunmuş standartlara görə, xəstəliyin diaqnozu bu üsulla aparılmalıdır.

“Bunu ÜST də təsdiq edir. Ekspress testlərin heç biri tam xəstənin diaqnozunun aparılması üçün istifadə oluna bilməz. Onlar hər hansı şübhənin olub-olmadığını göstərə bilər və ya hər hansı elmi araşdırma məqsədilə istifadə oluna bilər. Bununla bağlı ÜST-ə müraciət etmişik. ÜST-ün rəyi belədir ki, ekspress testlər bu gün dianqostik məqsədilə istifadə olunmamalıdır”.

Aytən Zəhra
Azvision.az


Teqlər: ÜST  





Xəbər lenti