TƏBİB: Analizlərin nəticələri SMS-lə getmir

     TƏBİB:  Analizlərin nəticələri SMS-lə getmir
  30 İyun 2020    Oxunub:6063
SMS vasitəsilə analizlərin nəticələri getmir. Bunun üçün "e-TƏBİB" tətbiqinin yüklənməsi və orada laborator analizlərin nəticələrini görmək üçün FİN kodların daxil edilməsi xahiş olunur. Bunun vasitəsilə cavabları görmək mümkündür.
Azvision.az xəbər verir ki, bunu TƏBİB-in şöbə müdiri Yaqut Qarayeva Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib.

Onun sözlərinə görə, mobil tətbiq yeni olduğu üçün orada müəyyən çatışmazlıqlar var idi.

“Bununla məşğul olunur. Çatışmazlıqlar artıq aradan qaldırılıb. Eyni zamanda 8113 Qaynar xətti də fəaliyyət göstərir və kimin sualı olarsa, ora müraciət edə bilər”.

Aytən Zəhra
Azvision.az



Teqlər: YaqutQarayeva  





Xəbər lenti