Türkiyə XİN-dən Fransaya etiraz

Türkiyə XİN-dən Fransaya etiraz
  01 İyul 2020    Oxunub:2320
Fransanın hərəkətləri Rusiyanın Liviyadakı varlığının və təsirinin güclənməsinə imkan yaradır.
Azvision.az xəbər verir ki, bunu Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu deyib.

"NATO Rusiyada bir təhlükə görür, amma NATO-nun müttəfiqi Fransa öz hərəkətləri ilə Rusiyanın Liviyadakı təsirini və varlığını gücləndirməyə çalışır" .

Bundan əlavə, nazir Fransanı Xəlifə Haftarın ordusuna silah verməkdə ittiham edib.

"Liviyada hazırda müxtəlif liderlərin tərəfdarları arasında silahlı toqquşmalar gedir. Ölkəni Baş Nazir Fayez Sarajın başçılıq etdiyi Milli Saziş Hökuməti və Abdullah Əbdürrəhman əl-Taninin rəhbərlik etdiyi Şərq hökuməti idarə edir. Şərq hökuməti Liviya Milli Ordusunun komandiri Xalifa Haftar tərəfindən dəstəklənir".

Şahanə Rəhimli
Azvision.az


Teqlər: Türkiyə   Fransa  





Xəbər lenti