Ağac kəsən şəxs cəzalanıb

Ağac kəsən şəxs cəzalanıb
  30 İyun 2020    Oxunub:1971
Bərdə Regional Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşları tərəfindən rayonun ərazisindəki Aslan-Əyricə meşəbəyliyinin 17 saylı dolayında müxtəlif cinsli dörd ağacın kəsilməsi faktı aşkar edilib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, araşdırma zamanı ağacların Bərdə rayonu Qaradağlı kənd sakini Natiq Əhmədov tərəfindən kəsildiyi müəyyən olunub.

Faktla bağlı akt, protokol tərtib olunub və N.Əhmədov 1435 manat məbləğində cərimə edilib.

ETSN Bərdə əhalisinə müraciət edir ki, cərimə edilən bu şəxsin və digərlərinin meşələrdə ağaclara belə münasibət bəsləməsinə biganə qalmasınlar, həmkəndlilərini ağac kəsməkdən çəkindirsinlər, tənbeh etsinlər, qınasınlar ki qiymətli meşə sərvətimiz davamlı olaraq qorunsun.


Azvision.az



Teqlər: ETSN   Ağac  





Xəbər lenti