Makron Paşinyana 80 milyon avro kredit təklif edib

Makron Paşinyana 80 milyon avro kredit təklif edib
  30 İyun 2020    Oxunub:1949
Fransa iqtisadi böhrana tab gətirmək üçün Ermənistana 50-80 milyon avro kredit verməyə hazırdır.
Azvision.az xəbər verir ki, bu barədə Fransa Prezidenti Emmanuel Makronun baş nazir Nikol Paşinyana göndərdiyi məktubda bildirilib.

Fransa lideri koronavirusla mübarizədə Ermənistana kömək göstərməyə hazır olduğunu qeyd edib.

Onun sözlərinə görə, Fransa və Ermənistan sosial, səhiyyə, iqtisadiyyat sahələrində ciddi problemlərlə üzləşiblər.

"Yaxın günlərdə artıq işləyən qrupu əvəz etmək üçün Ermənistana yeni könüllü həkim heyəti göndəriləcək. İqtisadiyyata gəlincə, Fransız İnkişaf Agentliyi vasitəsi ilə Ermənistana digər kreditlərlə birlikdə böhrana tab gətirməyə kömək edəcək 50-80 milyon avro məbləğində kredit verilməsinə baxmağa hazırıq", - deyə Makron qeyd edib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Fransa  





Xəbər lenti