Ermənistanda siyasi partiyalar Paşinyana qarşı çıxdı

 Ermənistanda siyasi partiyalar Paşinyana qarşı çıxdı
  30 İyun 2020    Oxunub:1801
“Çiçəklənən Ermənistan”, “Vətən” və “Daşnaktsütyun” partiyaları hakimiyyətin Konstitusiya Məhkəməsinin səlahiyyətlərini ələ keçirməsi, konstitusiya quruluşunun devrilməsi ilə bağlı Ermənistanın baş prokuroruna müraciət ediblər.
Azvision.az xəbər verir ki, onlar qanunverici orqanın nümayəndələrinə və digər yüksək vəzifəli şəxslərə qarşı cinayət işinin açılmasını tələb edirlər.

“Bu, hakimiyyətin qəsb olunması, konstitusiya quruluşunun devrilməsi, konstitusiya hakimiyyətinin ələ keçirilməsi deməkdir”, - müraciətdə vurğulanıb.

Xatırladaq ki, iyunun 22-də Ermənistan parlamenti Konstitusiya Məhkəməsi hakimlərinin səlahiyyətlərinə xitam verilməsi və Konstitusiya Məhkəməsi sədrinin vəzifəsindən kənarlaşdırılması ilə bağlı konstitusiya dəyişikliklərini qəbul edib.

Parlament müxalifəti, eləcə də parlamentdənkənar müxalifət qüvvələri bu prosesin qeyri-qanuni həyata keçirildiyini, həmçinin Ermənistan prezidentinin qəbul edilmiş qanunu təsdiq etmək imkanından məhrum olduğunu bəyan edib.

Qeyd edək ki, dəyişikliklərə yalnız hakim "Mənim addımım" blokunun deputatları səs verib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: “ÇiçəklənənErmənistan”  





Xəbər lenti