Zaqatalada 5 ton narkotik məhv edilib

Zaqatalada 5 ton narkotik məhv edilib
  29 İyun 2020    Oxunub:2390
Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşlarının “Xaş–xaş - 2020” əməliyyat-axtarış və profilaktik tədbirlər planına uyğun olaraq, keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayonun Bəhmətli kəndi ərazisində yabanı halda bitən narkotik tərkibli çətənə kolları aşkarlanıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan Azvision.az -a bildiriblər ki, ümumi çəkisi 5 tona yaxın olan 9040 çətənə kolu polis əməkdaşları tərəfindən kökündən çıxarılıb. Həmin çətənə kolları yandırılaraq məhv edilib.

Faktla bağlı təhqiqat aparılır.

Azvision.az



Teqlər: DİN   Narkotik  





Xəbər lenti