Putin: “Rusiyada epidemiya geriləyir”

  Putin:  “Rusiyada epidemiya geriləyir”
  26 İyun 2020    Oxunub:3711
Rusiyada koronavirus epidemiyası geriləyir.
Azvision.az xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin "Biz birlikdəyik" ümumrusiya qarşılıqlı yardım hərakatının üzvləri ilə görüşdə deyib.

"İndi epidemiya geriləyir və könüllülər üçün tapşırıqların həcmi bir qədər azalmağa başlayır",- deyən Putin əlavə edib ki, könüllülər öz işlərini vicdanla yerinə yetiriblər.

Bundan əlavə, Putin ehtiyacı olan insanlara kömək üçün təxminən 1,8 milyard rubl toplandığını, böyük və kiçik sahibkarların könüllü təşəbbüsləri fəal dəstəklədiyini söyləyib.

Xatırladaq ki, son sutkada Rusiyada koronavirusa 6800 yoluxma qeydə alınıb. Daha əvvəl isə gündəlik yoluxma sayı 8-9 mindən çox olub.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Rusiya  





Xəbər lenti