Baş Prokurorluq Beyləqandakı qətllə bağlı məlumat yaydı
Faktla bağlı Beyləqan rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib.
İstintaqla Ziyəddin Seyidovun Nazim Musayevi öldürüb işlədiyi Beyləqan rayonu Yuxarı Aran kəndi ərazisində yerləşən fermanın həyətində basdırmasına əsaslı şübhələr müəyyən edildiyindən, Z.Seyidov qeyd olunan cinayət əməlini törətməkdə şübhəli şəxs kimi tutulub istintaqa cəlb edilib.
Hazırda iş üzrə zəruri və təxirəsalınmaz istintaq-əməliyyət tədbirləri davam etdirilir.
Azvision.az
Teqlər: BaşProkurorluq Qətl Cinayət