ABŞ səfirliyi Azərbaycanı təbrik edib

 ABŞ səfirliyi Azərbaycanı təbrik edib
  26 İyun 2020    Oxunub:2646
ABŞ-ın Bakıdakı səfirliyi 26 iyun - Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan xalqını təbrik edib.
Azvision.az xəbər verir ki, təbrik mətni səfirliyin rəsmi "Facebook" səhifəsində paylaşılıb.

“Bu gün biz Azərbaycanın Silahlı Qüvvələr Gününü qeyd etməkdə sizə qoşuluruq. Amerikalı və azərbaycanlı hərbçilər illər boyu istər Əfqanıstanın gələcəyi naminə, istərsə də NATO təlimlərində birgə çiyin-çiyinə çalışıblar.

Biz birlikdə bir çox terrorizm və narkotik alverinə qarşı mübarizə aparmışıq, regionda və dünyada sülh naminə çox çalışmışıq”.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Azərbaycan   ABŞ   Səfirlik  





Xəbər lenti