Prezidentdən Gəncə ilə bağlı daha iki sərəncam

 Prezidentdən Gəncə ilə bağlı daha iki sərəncam
  24 İyun 2020    Oxunub:2266
Prezident İlham Əliyev Gəncə şəhərində İdman Sarayının tikintisi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.
Azvision.az xəbər verir ki, sərəncamla Gəncə şəhərində İdman Sarayının tikintisi işlərinin davam etdirilməsi məqsədilə Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Gəncə Şəhər İcra Hakimiyyətinə 3 milyon manat ayrılıb.

Dövlət başçısının digər sərəncamı ilə Gəncə şəhərində İdman Sarayının tikintisi işlərinin davam etdirilməsi məqsədilə “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.53.3-cü yarımbəndində göstərilmiş məbləğin 3,8 milyon manatı Gəncə Şəhər İcra Hakimiyyətinə ayrılıb.

Azvision.az


Teqlər: Gəncə   İlham-Əliyev   Prezident  





Xəbər lenti