Gəncədə yeni “ASAN xidmət” mərkəzi tikiləcək

 Gəncədə yeni “ASAN xidmət” mərkəzi tikiləcək
  24 İyun 2020    Oxunub:6891
Prezident İlham Əliyev iyunun 24-də “Gəncə şəhərində yeni “ASAN xidmət” mərkəzinin layihələndirilməsi və tikintisi ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb.
Azvision.az xəbər verir ki, sərəncama əsasən, Gəncə şəhərində yeni “ASAN xidmət” mərkəzinin layihələndirilməsi və tikintisi məqsədilə “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.26.4-cü yarımbəndində göstərilmiş 5 milyon manat Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə ayrılıb.

Azvision.az


Teqlər: Prezident   Gəncə   ASAN-Xidmət  





Xəbər lenti