Nazirlikdən xaricdə təhsil alanlara iş təklifi

Nazirlikdən xaricdə təhsil alanlara iş təklifi
  15 Yanvar 2014    Oxunub:1041
Səhiyyə Nazirliyi xaricdə tibb təhsili alan tələbələrə müraciət edib.
Nazirliyin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, xaricdə oxuyan və ya kurs keçən şəxslər iş üçün nazirliyə müraciət etməlidirlər:

“Xarici ölkələrdə ali və orta ixtisas təhsili almış, diplomdan sonra ixtisaslaşma keçən tibb və əczaçılıq işçilərinin işə buraxılması üçün müraciətlər yalnız Səhiyyə Nazirliyinin internet saytında yerləşən “Elektron xidmətlər” bölməsi üzrə qəbul olunur”-deyə, nazirliyin mətbuat xidmətindən bildiriblər.

AzVision.az


Teqlər:  





Xəbər lenti