“Ayaz Mütəllibovu artıq narahat etmirəm”

“Ayaz Mütəllibovu artıq narahat etmirəm”
  15 Yanvar 2014    Oxunub:1086
“Seçkilər bitdi, növbəti seçki başlayır. Azərbaycan Sosial Demokrat Partiyası tempi dayandırmadan bələdiyyə seçkilərinə hazırlaşır”.
Bunu AzVision.az-a açıqlamasında ASDP sədri Araz Əlizadə deyib. O vurğulayıb ki,

ASDP stabil partiyadır: “Bizim partiya stabil partiyadır. Bizdə də istefalar olur, amma bu hər gün baş vermir. 3-4 aydan bir olur”.

Partiyanın keçmiş həmsədri Ayaz Mütəllibovla bağlı isə Araz Əlizadə onunla mütəmadi əlaqə saxladığını deyib.

“Telefonla əlaqə saxlayırıq. Salamatdır, ailəsinin başındadır. Siyasətə gəlincə isə, o, siyasətdən gedib deyə mən onu bu məsələlərlə narahat etmirəm”.

Fatimə Kərimli


Teqlər:  





Xəbər lenti