Özbəkistanda karantin qaydaları sərtləşdirilir

 Özbəkistanda karantin qaydaları sərtləşdirilir
  24 İyun 2020    Oxunub:2543
Özbəkistanda son 24 saat ərzində koronavirus infeksiyasına yoluxanların sayı daha 255 nəfər artaraq 6755-ə çatıb.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

İndiyədək virusa yoluxmuş 4560 nəfər sağalıb, 19 xəstə ölüb. Hazırda aktiv xəstələrin sayı 2176 nəfərdir, onlardan 18-nin vəziyyəti ağırdır.

Prezident Şavkat Mirziyoyev ölkədə koronavirusla bağlı vəziyyətin mürəkkəbləşdiyini, pandemiya ilə mübarizədə sayıqlığı gücləndirməyin zəruriliyini vurğulayıb.

Qeyd edək ki, Özbəkistan hakimiyyəti karantin müddətini avqustun 1-dək uzadıb. Ölkənin regonları virusun yayılma dərəcəsindən asılı olaraq "qırmızı", "sarı" və "yaşıl" zonlara bölünüb.

Özbəkistanda karantin şərtləri aprel ayının sonlarında yüngülləşdirilməyə başlanıb. Vəziyyətin yaxşı olduğu regionlarda ticarət, mədəniyyət obyektləri fəaliyyət göstərir. Daşkənd və digər bölgələr, şəhərlər arasında nəqliyyat bərpa olunub. Epidemioloji vəziyyətin pisləşməsi nəticəsində yenidən karantin qaydalarının sərtləşdiriləcəyi bildirilir.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Özbəkistan  





Xəbər lenti