Əflatun Amaşov Abutalıbova məktub yazdı

Əflatun Amaşov Abutalıbova məktub yazdı
  15 Yanvar 2014    Oxunub:1387
Mətbuat Şurasının sədri Əflatun Amaşov Bakıda qəzet və jurnalların səyyar şəkildə satışının qadağan edilməsinə münasibət bildirib.

AzVision.az-a açıqlama verən qurum sədrinin sözlərinə görə, Mətbuat Şurası məsələ ilə bağlı Bakı Şəhər Ticarət və Xidmət Departamentinə məktubla müraciət edib:

“Biz bu məsələnin dəqiqləşdirilməsi üçün həmin departamentə məktub göndərmişik. Cavab gəlsin, görək nə məsələdir. Hələ ki, məndə dəqiq məlumat yoxdur bu barədə. Məlumat dəqiqləşəndən sonra məsələyə münasibət bildirəcəm”.

Qeyd edək ki, Bakı Şəhər Ticarət və Xidmət Departamenti tərəfindən şəhərin küçələrində küçə ticarətinə, qəzet və jurnalların səyyar satışına qadağa qoyulub.

Bakı Şəhər Ticarət və Xidmət Departamenti bildirir ki, bundan sonra şəhər ərazisində küçə ticarətinə yol verilməyəcək, qəzet və jurnalların satışı isə yalnız şəhərdə quraşdırılmış dünya standartlarına cavab verən köşklərdə həyata keçiriləcək.

Xatırladaq ki, Bakı Şəhər Ticarət və Xidmət Departamenti Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində fəaliyyət göstərir.

Nihadə Eyyubova


Teqlər:  





Xəbər lenti