Erməni hakimdən Paşinyan hökumətinə etiraz

Erməni hakimdən Paşinyan hökumətinə etiraz
  23 İyun 2020    Oxunub:2707
Gecə yatıb, səhər oyanıb “siz artıq hakim deyilsiniz” söyləmək olmaz.
Azvision.az xəbər verir ki, bunu Ermənistan Konstitusiya Məhkəməsinin hakimi Feliks Toxyan parlamentin ikinci və son oxunuşda qəbul etdiyi qanun layihəsi haqqında danışarkən deyib.

“Bilirsiniz ki, biz yaxşı şərtlərlə təqaüdə çıxmaqdan imtina etdik. Bir neçə ay sonra məsələni referenduma çıxarmaq üçün qərar verildi. Bir müddət əvvəl koronavirus geniş yayılmamışdı və referendum keçirilə bilərdi. Necə ki, Dağlıq Qarabağda “seçki” keçirildi. Ancaq bunu etmədilər. Mən bilmirəm, referendum keçirilmədən bir gündə Konstitusiyanı necə dəyişmək olar. Bu, anormal bir prosesdir. Avropa Şurasının Venesiya komissiyası da bu prosesi tənqid edib. Konstitusiya Məhkəməsində təsadüfi insanlar yoxdur", - deyə erməni hakim vurğulayıb.

Konstitusiya Məhkəməsinin rəyi olmadan konstitusiyaya ediləcək dəyişikliklərin hüquqi qüvvəsinin ola biləcəyinə gəldikdə isə Feliks Toxyan bunun mümkünsüz olduğu bildirib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: FeliksToxyan  





Xəbər lenti