DSMF-dən yeni pensiya xəbəri

DSMF-dən yeni pensiya xəbəri
  15 Yanvar 2014    Oxunub:1259
Dövlət Sosial Müdafiə Fondu tərəfindən 1197 nəfərə avtomatlaşdırılmış qaydada vahid mərkəzdən pensiya təyin olunub
11 yanvar 2014-cü il tarixə olan statistikaya əsasən, Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu (DSMF) tərəfindən 1 197 nəfərə avtomatlaşdırılmış qaydada vahid mərkəzdən pensiya təyin olunub.

DSMF-ın mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, indiyədək bu sistem vasitəsilə təyinat aparılan şəxslərin 299 nəfəri Bakı şəhərində, 898 nəfəri isə bölgələrdə yaşayan vətəndaşlar olub. Pensiya təyinatı aparılan hər vətəndaşa bir neçə dəqiqə ərzində ona təyin olunan pensiyanın məbləği və öz plastik pensiya kartını ala biləcəyi müvəkkil bankın filialının ünvanı bildirilib. Eyni zamanda, vətəndaşa müvafiq məlumatlar çap olunaraq üzərində onun şəkli də olan rəsmi bildiriş göndərilib.

Azərbaycanda beynəlxalq praktikada ilk dəfə olaraq yaşa görə əmək pensiyalarının avtomatlaşdırılmış qaydada vahid mərkəzdən təyinatına ötən ilin 11 iyul tarixindən etibarən başlanılıb. Yaşa görə əmək pensiyası hüququna malik olan hər bir vətəndaş “190-0 Cağrı Mərkəzi”nə zəng vuraraq hər hansı sənəd toplamadan real vaxt rejimində dərhal pensiya təyinatı hüququnu reallaşdıra bilər. Bu islahat tədbiri sistemdə şəffaflığın daha da artmasına, əlavə vaxt itkisinin qarşısının alınmasına, insan amilinin rolunun son dərəcə azaldılmasına səbəb olub.


Teqlər:  





Xəbər lenti