Daha bir əsgərimiz vəfat etdi

Daha bir əsgərimiz vəfat etdi
  17 Mart 2013    Oxunub:1457
Elvin Niftizadənin vəfat səbəbi hələlik məlum deyil.
Azərbaycan Silahlı Qüvvələrinin əsgəri vəfat edib. Bu barədə APA-ya əsgərin yaxınları məlumat veriblər.

Məlumata görə, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Cəlilabad rayon şöbəsindən hərbi xidmətə çağırılan Cəlilabad rayon Şötüklü kənd sakini, 1994-cü il təvəllüdlü Elvin Fikrət oğlu Niftizadə vəfat edib. O, 2013-cü ilin yanvarında həqiqi hərbi xidmətə çağırılıb.

Dövlət Sərhəd Xidmətinin Yevlax rayonunda yerləşən N saylı hərbi hissəsində xidmət edən E. Niftizadənin vəfat səbəbi hələlik məlum deyil.


Teqlər:  





Xəbər lenti