“Azərbaycan münaqişənin sülh yolu ilə həllinə sadiq qalır” - Nazir
Nazir bildirib ki, Azərbaycanın işğal olunmuş ərazilərindəki çox sayda Azərbaycan tarixi və islam irsinə aid əsərlər də daxil olmaqla çoxsaylı tarixi, mədəniyyət və dini abidələr vəhşicəsinə məhv edilib.
“Azərbaycan hökuməti Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin BMT Təhlükəsizlik Şurası və İƏT-in müvafiq qətnamələri əsasında sülh yolu ilə həllinə sadiq qalsa da, Azərbaycan ərazi bütövlüyü və suverenliyini tam əsasda bərpa etmək üçün lazım olan bütün vasitələrdən istifadə etmək qanuni haqqını qoruyub saxlayır”, - deyə XİN başçısı vurğulayıb.
Azvision.az
Teqlər: XİN Məmmədyarov Qarabağ