AQTA daha 99 obyektdə pozuntular aşkarladı

AQTA daha 99 obyektdə pozuntular aşkarladı
  22 İyun 2020    Oxunub:2448
Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş koronavirusun (COVID-19) profilaktikasına dair metodiki göstərişlərin icrasına nəzarət məqsədi ilə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən 21 iyun 2020-ci il tarixində Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən 124 ictimai iaşə obyekti, 186 ərzaq satışı mağazası olmaqla ümumilikdə 310 müəssisədə reyd keçirilib. Sahibkarlıq subyektlərinə qida təhlükəsizliyi sahəsində qanunvericiliyin tələbləri izah edilib, icrası məcburi göstərişlər və maarifləndirici tövsiyələr verilib.
AQTA-dan Azvision.az -a verilən məlumata görə, reyd keçirilən obyektlərdən 99-da Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərin tələblərindən irəli gələn bir sıra qaydalara əməl olunmaması və kobud şəkildə pozulması faktları aşkarlanıb. Aşkarlanmış faktlarla bağlı həmin müəssisələr barədə qanunvericiliyin tələbləri çərçivəsində inzibati tədbirlər görülüb. Sözügedən müəssisələr arasında daha çox uyğunsuzluqlar aşkar edilən ictimai iaşə və ərzaq mağazaları aşağıdakılardır.



◾ Qəbələ rayonunda Qəribov Elxan Həmdiyə oğluna məxsus “Elxan həftə bazarı”

◾ Neftçala rayonunda Lətifov Qalib Heydər oğluna, Dadaşov Qəni İsrafil oğluna, Mirzəyeva Vüsalə Əlipaşa qızına və Sultanov Rəşad Rauf oğluna məxsus ərzaq mağazaları

◾ Şamaxı rayonunda “Türk yarpaq dönəri” restoranı, “Sarvan” market, “Ülvi” market, “VİP” market, “Ruzi” market, “Bəyaz” market İsmayıllı rayonunda “Göl istirahət guşəsi” restoranı

◾ Ağstafa rayonunda Kosayev Qara Mirzə oğluna məxsus kafe

◾ Quba rayonunda Hacıyev Qoşqar Zamir oğluna və Ramazanov Natiq Qulammirzə oğluna məxsus ərzaq mağazaları

◾ Beyləqan rayonunda “Xan qızı” restoranı, “3 qardaş” kafe, “Beta” ərzaq mağazası və “Oba” market

◾ Zərdab rayonunda “Balıq” restoranı

Qeyd edək ki, AQTA Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən ictimai iaşə obyektləri və ərzaq mağazalarında yoxlama-nəzarət tədbirlərini bundan sonra da davam etdirəcək və Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərə əməl etməyən sahibkarlıq subyektləri barədə ən sərt tədbirlər görüləcək.

Azvision.az


Teqlər: AQTA   Mağaza  





Xəbər lenti