Azərbaycanda bir ailənin 3 üzvü koronavirusdan ölüb

Azərbaycanda bir ailənin 3 üzvü koronavirusdan ölüb
  22 İyun 2020    Oxunub:21225
Bir müddət öncə koronavirusdan dünyasını dəyişən iki qardaşın bacısı da COVID-19 infeksiyasının qurbanı olub.

Bu barədə Azvision.az -a İsmayıllı rayonunun Quşencə kəndi üzrə ərazi nümayəndəsi Yaşar Şirəliyev məlumat verib. Onun sözlərinə görə, həmin şəxslər əslən bu kənddən olsalar da, uzun müddət Bakıda yaşayıblar.
Koronavirusdan vəfat edən şəxslər Mustafayev Azər Bəyoğlan oğlu (50 yaş), Mustafayev Aqşin Bəyoğlan oğlu (46 yaş) və onların bacısı Mustafayeva Yaqut Bəyoğlan qızıdır (49 yaş).

Hər iki qardaş bir neçə gün əvvəl vəfat ediblər. Y.Mustafayeva isə ötən gün koronavirusdan müalicə aldığı Ağdaş rayon xəstəxanasında dünyasını dəyişib. Onlarda yanaşı xəstəliklərin olduğu bildirilir.

Y.Şirəliyev, həmçinin qeyd edib ki, Quşencə kəndində koronavirusa yoluxan 9 nəfər sağalaraq evə buraxılıb. Hazırda kənddə virusa yoluxma yoxdur.

Aytən Zəhra
Azvision.az


Teqlər: İsmayıllı   Koronavirus  





Xəbər lenti