Matəm günü qatarlarda gediş-gəliş pulsuz olacaq

Matəm günü qatarlarda gediş-gəliş pulsuz olacaq
  15 Yanvar 2014    Oxunub:931
Yanvarın 20-si saat 12:00-da anım dəqiqəsində qatarların hərəkəti dayandırılacaq, lokomotivlər matəm siqnalı verəcəklər.
20 Yanvar faciəsinin 24-cü ildönümünün keçirilməsi ilə bağlı "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətində Tədbirlər Planı hazırlanıb.

"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin Mətbuat Katibliyinin məlumatına görə, Tədbirlər Planına əsasən, Abşeron şəhərətrafı zonada 20 Yanvarda saat 6:00-dan 23:00-dək hərəkət edən elektrik qatarlarında gediş-gəlişin pulsuz təşkili həyata keçiriləcək.

Səbinə Həsənova




Teqlər:  





Xəbər lenti