Nazir bu gün vətəndaşlarla görüşəcək

Nazir bu gün vətəndaşlarla görüşəcək
  15 Yanvar 2014    Oxunub:920
Oqtay Şirəliyev Hacıqabulda vətəndaşları qəbul edəcək
Nazirliyin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, naziri Oqtay Şirəliyev 15.01.2014-cü il tarixində saat 11:00-da Hacıqabul Mərkəzi rayon xəstəxanasında vətəndaşlar üçün qəbul keçirəcək.Nazir Hacıqabulla yanaşı ətraf rayonlardan olan Şirvan, Salyan, Neftçala, Sabirabad, Kürdəmir, Saatlı rayon sakinlərini qəbul edəcək.

Qəbulda vətəndaşları maraqlandıran məsələlər, şikayət, təklif və fikirlər dinləniləcək və lazımi tədbirlər görüləcək.

Qəbula yazılmaq istəyən vətəndaşlar Hacıqabul Mərkəzi rayon xəstəxanasına müraciət edə bilərlər.

AzVision.az


Teqlər:  





Xəbər lenti