BƏƏ Azərbaycana humanitar yardım göndərdi - FOTO

 BƏƏ Azərbaycana humanitar yardım göndərdi -  FOTO
  21 İyun 2020    Oxunub:5674
Koronovirusun (COVID-19) yayılmasının qarşısını almaq istiqamətində dəstək məqsədilə Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) hökumətinin qərarı ilə iyunun 21-də bu ölkənin Etihad Hava Yollarına məxsus karqo təyyarəsi ilə Azərbaycana 11 ton tibbi ləvazimat və xəstələr üçün faraş kənd təsərrüfatı məhsullarından ibarət humanitar yardım göndərilib.
Azvision.az xəbər verir ki, bu barədə Azərbaycanın Birləşmiş Ərəb Əmirliklərindəki səfirliyi məlumat yayıb.

Bildirilib ki, humanitar yardımın Əbu-Dabi beynəlxalq hava limanında ölkəmizə yola salınması mərasimində səfir Mahir Əliyev, BƏƏ-nin Azərbaycandakı səfiri Məhəmməd Əhməd Əl Qubeysi, BMT-nin BƏƏ-dəki əlaqələndiricisi Dr. Dena Assaf, həmçinin BƏƏ Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyinin beynəlxalq humanitar yardım idarəsinin rəisi Raşed Məhəmməd Humeri, protokol idarəsinin rəis müavini və BƏƏ Səhiyyə Nazirliyinin nümayəndəsi iştirak ediblər.



Qeyd edib ki, BƏƏ hökuməti bu günədək koronovirusdan (COVID-19) əziyyət çəkən 66 ölkəyə 935 ton humanitar yardım göndərib.





Azvision.az


Teqlər: BƏƏ   Yardım  





Xəbər lenti