Zakir Həsənov Fransada anlaşma imzaladı

Zakir Həsənov Fransada anlaşma imzaladı
  15 Yanvar 2014    Oxunub:931
Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənovun Fransa Respublikasına rəsmi səfəri başa çatıb.
Nazirliyin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, səfər zamanı Müdafiə naziri Fransa Respublikasının hərbi rəhbərliyi və Fransanın müdafiə məhsulları istehsal edən bir sıra şirkətlərin rəhbərləri ilə görüşlər keçirib, ikitərəfli əməkdaşlıq məsələləri barədə müzakirələr aparıb.

Görüşlərin nəticəsi olaraq "Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və Fransa Respublikasının Müdafiə Naziri arasında müdafiə sahəsində əməkdaşlıq haqqında Texniki Anlaşma" imzalanıb.

Yanvarın 14-də Müdafiə naziri general-polkovnik Zakir Həsənov Vətənə dönüb.






Teqlər:  





Xəbər lenti