Müsəlman qadın necə geyinməlidir? – İNFOQRAFİKA

Müsəlman qadın necə geyinməlidir? – İNFOQRAFİKA
  15 Yanvar 2014    Oxunub:12316
Miçiqan Sosial Araşdırmalar İnstitutu 7 müsəlman ölkəsində (Tunis, Misir, İraq, Livan, Pakistan, Səudiyyə Ərəbistanı və Türkiyə) sorğu keçirib. Sorğunun mövzusu bu olub ki, qadınlar ictimai yerlərdə necə geyinməlidirlər?
Sorğunun nəticələri infoqrafikada əks olunub. Rəyi soruşulanların çox hissəsi şəkil № 4-dəki formaya üstünlük verib. İraq və Misirdə daha konservativ qara hicabı seçiblər. Bu, ikinci ən populyar geyim forması olub.

Türkiyədə və Tunisdə rəyi soruşulanların uyğun olaraq 32 və 15 faizi qadınların başıaçıq gəzməsini mümkün hesab edib. Belə düşünənlər Livanda da var, amma onlar əksərən xristianlar olublar.

Digər sual isə belə olub ki, qadın necə geyinməyinə özü qərar verə bilərmi? Onun nəticələrini aşağıda görürsünüz.



AzVision.az


Teqlər:  





Xəbər lenti