Fətullah Güləni ifşa edən FAKTLAR

Fətullah Güləni ifşa edən FAKTLAR
  15 Yanvar 2014    Oxunub:850
ABŞ-ın Pensilvaniya ştatında yaşayan dini lider Fətullah Gülənə məxsus telefon danışıqlarının səs yazısı yayımlanıb.
AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Türkiyədən adı açıqlanmayan bir şəxsin telefon danışığından məlum olur ki, dini lider Pensilvaniyadan idarə etdiyi təşkilata təlimatlar verir.

Soundcloud.com saytında yayımlanan səs yazılarında bildirilir ki, Tüpraş şirkətindəki maliyyə yoxlamaları ilə bağlı paralel, şirkət əvvəlcədən Koç şirkətini xəbərdar edib.Səs qeydlərində Fətullah Gülənin adətən olduğu kimi ağlaya-ağlaya deyil, sərt səs tonu ilə danışdığı da vurğulanır.

Bundan başqa Bank Asyanın fəaliyyətinin dondurulmasının qarşısını almaq üçün isə Bankların Tənzimlənməsi və Yoxlanması qurumunun (BDDK) üzvlərinin bu işə cəlb olunduğu, iş adamlarının Fətullah Gülənə kömək etmək üçün az qala bir-birilə yarışdığı bildirilir.

2013-cü il dekabrın 25-də baş tutmuş telefon söhbəti: Zəng edən şəxs Bank Asyanın pis vəziyyətdə olduğunu, təşkilatların bankdakı pullarını götürdüyünü deyir və `nə edək?` – deyə sual verir.

- Əfəndim, Əli bəyin işləri ilə bağlıdır. Böyük müştərilərdən bir neçəsi bankdan pullarını çıxarıblar. Bunların arasında hələ ki, dəqiq olmayan THY var, bir də bank var. Onlar da götürsə bir az çətin olacaq. Olarmı biz onlarla görüşək, izah edək ki, 2001-ci ildə olduğu kimi pullarını qoysunlar. Olar?

- Fətullah Gülən: Əlinizdəki şeylər olmur? (Dini icma üzvlərinin qızıllarını nəzərdə tutur)

- Onlar azdı.

- Fətullah Gülən: Elə?

- Yəni böyükdür. Çox böyük. Dostları da həyəcanlandırmadan külli miqdarda şeyin (pulun) olmağı.

- Fətullah Gülən: Onun yolu var?

- Bəziləri ehtiyac olduğu üçün özləri götürüb. THY nə edəcək məlum deyil. 300 küsür. ( Yəni THY-yə məxsus pul 300 milyon türk lirəsi). Bir də o bankın 300 küsür. Belə böyük bir şey edərlərsə, bu ehtimal çoxdur. Yəni şeyləri götürmək ehtimalları yüksəkdir. Dostlarla sabah görüşəcəyik onlar 2001-də olduğu kimi pullarını qoyacaqlar.

- Fətullah Gülən: Mümkündü bu?

- Bundan əvvəl də sizin göstərişinizlə 2001-də etmişdik.

- Fətullah Gülən: Edin. Heç hiss olunmadan tez edin. Tez.

Fatimə Kərimli


Teqlər:  





Xəbər lenti