Bəzi iş və xidmət sahələri üzrə fəaliyyət dayandırılır - SİYAHI

Bəzi iş və xidmət sahələri üzrə fəaliyyət dayandırılır -  SİYAHI
  19 İyun 2020    Oxunub:5648
Yeni növ koronavirus (COVID-19) infeksiyasının yayılma sürətinin azaldılması, habelə onun törədə biləcəyi fəsadların minimuma endirilməsi məqsədilə xüsusi karantin rejiminin sərtləşdirilməsini təmin etmək üçün Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin və Abşeron rayonunun ərazisində 2020-ci il 21 iyun saat 00:00-dan 5 iyul saat 06:00-dək bir sıra məhdudiyyətlər tətbiq olunacaq.
Azvision.az xəbər verir ki, Baş Nazir Əli Əsədovun imzaladığı “Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin və Abşeron rayonunun ərazisində xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə” Qərara əsasən, bəzi iş və xidmət sahələri üzrə fəaliyyət dayandırılacaq.

Həmin sahələr aşağıdakılardır:

-Nəzdindəki ərzaq mağazaları və apteklər istisna olmaqla, iri ticarət mərkəzlərinin fəaliyyəti;

-İctimai iaşə obyektlərində müştərilərə yerində xidmətlər;

-Muzey və sərgi zallarının fəaliyyəti;

-Bərbərxanaların, gözəllik salonlarının fəaliyyəti və kosmetik xidmətlər (o cümlədən, bu sahələrdə müştərinin evində və ya digər məkanda xidmət);

-Təhsil müəssisələrinin fəaliyyəti (onlayn imtahan, müsabiqə və müsahibələr istisna olmaqla);

-Açıq havada idman yarışlarının və oyunlarının keçirilməsi.

Azvision.az


Teqlər: Karantin   Qərar  





Xəbər lenti