Rəsulzadənin yubileyi Moskvada qeyd olunacaq

Rəsulzadənin yubileyi Moskvada qeyd olunacaq
  14 Yanvar 2014    Oxunub:959
Yanvarın 31-də Moskvada diaspor təşkilatları tərəfindən Məhəmməd Əmin Rəsulzadənin yubileyi qeyd olunacaq.
Bunu AzVision.az-a açıqlamasında M. Ə. Rəsulzadə irsinin araşdırıcısı, tarixçi-alim Nəsiman Yaqublu deyib. Araşdırmaçı bildirib ki, tədbir milyonçu Şəmsi Əsədullayevin tikdirdiyi binada baş tutacaq:

“1917-ci ildə həmin binada Rusiya müsəlmanlarının qurultayı olmuşdu. Rəsulzadənin 130 illik yubileyi də bu binada, yerli vaxtla saat 17:00-da baş tutacaq. Yubiley mərasiminə mən və Rais Rəsulzadə də dəvətlidir”.
Tarixçi-alim vurğulayıb ki, Azərbaycanda müxtəlif qurumlar Rəsulzadənin 130 illik yubileyi ilə bağlı tədbirlər hazırlayır.

“Rəsmi tədbirin nə vaxt olacağı barədə məlumatım yoxdur. Bu barədə sərəncam imzalandıqdan sonra özüm təkliflər hazırlayıb vermişdim. Mədəniyyət və Turizm Nazirliyi bu təklifə cavab verdi . Bildirdi ki, həmin təkliflər dəyərləndirilib, baxılır və bu haqda əlavə məlumat veriləcək. Amma hələ ki, nazirlikdən mənə, eləcə də Məhəmməd Əmin Rəsulzadənin nəvəsi Rais bəyə yubiley tədbiri ilə bağlı heç bir təklif gəlməyib”.

Fatimə Kərimli


Teqlər:  





Xəbər lenti