Ramin Bayramlı koronaviruslu xəstələrin müalicəsi ilə maraqlandı

 Ramin Bayramlı koronaviruslu xəstələrin müalicəsi ilə maraqlandı
  18 İyun 2020    Oxunub:2594
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı ATU Tədris Terapevtik Klinikasında olub.
Azərbaycan Tibb Universitetindən Azvision.az -a bildirilib ki, Ramin Bayramlı Klinikada koronavirusdan müalicə alan xəstələr üçün yaradılmış şəraitlə tanış olub. O cümlədən, pandemiya ilə mübarizədə aktiv iştirak edən ATU Tədris Terapevtik Klinikasının problemləri ilə maraqlanıb. Ramin Bayramlı həmçinin klinikanın laboratoriyalarındakı vəziyyətlə tanış olub, çatışmazlıqlarla maraqlanıb.

ATU-nun Tədris Terapevtik Klinikasının direktoru Surxay Musayev R.Bayramlını mövcud durum, xəstələrin müalicəsinin təşkili, həkimlər və tibb personalının vəziyyəti, üzləşdikləri çətinliklər haqqında məlumatlandırıb. Bildirib ki, klinikanın rəhbərliyi və əməkdaşları ölkəmizdə koronavirusla mübarizə sahəsində dövlət səviyyəsində aparılan işlərə dəstək verir, bu savaşda qalib çıxmaq, xəstələrin həyatını xilas etmək üçün əllərindən gələni edirlər.

Ümumilikdə ATU Tədris Terapevtik Klinikasının COVID-19 pandemiyası ilə mübarizədə klinikanın gördüyü işləri müsbət qiymətləndirilib.

Azvision.az



Teqlər: ATU   TƏBİB  





Xəbər lenti