Bəşər Əsədin əmisi 4 il azadlıqdan məhrum edildi

Bəşər Əsədin əmisi 4 il azadlıqdan məhrum edildi
  17 İyun 2020    Oxunub:2271
Suriya Prezidenti Bəşər Əsədin əmisi Rifat Əsəd Paris məhkəməsi tərəfindən daşınmaz əmlak sahəsində qanunsuz maliyyə fırıldaqçılığı, Suriya hökumətinin dövlət vəsaitlərini mənimsəməkdə ittiham olunaraq 4 il müddətinə azadlıqdan məhrum edilib.
Azvision.az TASS-a istinadən xəbər verir ki, məhkəmə 82 yaşlı Rifat Əsədin Fransadakı əmlakının müsadirə edilməsi barədə qərar verib.

O, xüsusilə mütəşəkkil bir qrupun tərkibində çirkli pulların yuyulmasında, vergi qanunvericiliyinin pozulmasında ittiham olunur.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: BəşərƏsəd  





Xəbər lenti