Lavrov və Şoyqunun Türkiyə səfəri niyə təxirə salındı?
XİN rəhbəri bildirib ki, rusiyalı nazirlər Segey Lavrov və Sergey Şoyqunun İstanbula səfərinin təxirə salınmasının iki ölkə arasında Liviya ilə bağlı fikir ayrılığının olması ilə əlaqəsi yoxdur.
"Sergey Lavrov və Rusiya nümayəndə heyəti ilə görüşün təxirə salınması Rusiya ilə münasibətlərimizdəki problemlərlə əlaqəli deyil, Liviyadakı vəziyyətlə bağlı fundamental məsələlərdə böhran və anlaşılmazlıq yoxdur. Liviyada uzunmüddətli atəşkəsin əldə edilməsi üçün Liviya tərəfi ilə daha ətraflı müzakirə etmək, o cümlədən gələcək addımları hazırlamaq lazımdır".
Çavuşoğlu qeyd edib ki, Liviya ilə bağlı bir neçə görüş istənilən nəticəni verməyib.
"Moskvada, Berlində görüşdük, Avropanın, Afrikanın bir çox ölkəsinin iştirakı ilə ortaq bəyanatlar qəbul edildi. Ancaq Xəlifə Haftar heç bir şey imzalamadı və Liviyaya qayıdıb hücumlarını davam etdirdi. Məlum oldu ki, səylərimiz istənilən nəticəni vermədi. Atəşkəs birtərəfli ola bilməz. Buna görə məsələnin daha detallı araşdırılması tələb olunur".
Şahanə Rəhimli
Azvision.az
Teqlər: SergeyLavrov MövludÇavuşoğlu