Ermənistanda deputatlara qarşı polis zorakılığı - Xəsarət alanlar var (VİDEO)

Ermənistanda deputatlara qarşı polis zorakılığı -  Xəsarət alanlar var (VİDEO)
  15 İyun 2020    Oxunub:5148
Ermənistanın baş naziri Nikol Paşinyanın istefasını tələb edən "Çiçəklənən Ermənistan" partiyasının sədri Qaqik Tsarukyanın istintaqa cəlb etməsi etirazlara səbəb olub.
Azvision.az xəbər verir ki, Tsarukyanın tərəfdarları Milli Təhlükəsizlik Xidmətinin (MTX) binası qarşısında aksiya keçiriblər. Etiraz aksiyasına deputatlar da qatılıblar.



Əraziyə cəlb olunan polis əməkdaşları aksiya iştiraçılarına, eləcə də deputatlara qarşı zor tətbiq edib. Nəticədə deputat Karine Poqosyan və həmkarı Arman Abovyan xəsarət alıb.

Məlumata görə, Tsarukyanın 100-ə yaxın tərəfdarı saxlanılıb. Hələlik bu barədə rəsmi açıqlama verilməyib.

Qeyd edək ki, Ermənistan MTX-da müxalif lider Qaqik Tsarukyana qarşı 3 maddə üzrə cinayət işi açılıb. İddia edilir ki, Qaqik Tsarukyana məxsus şirkətlərin qumar oyunları ilə bağlı qanunsuz fəaliyyəti nəticəsində dövlət büdcəsinə təxminən 60 milyon dollarlıq vergi verilməyib. Bu səbəbdən partiya sədrinin evində axtarış aparılıb və o, MTX-yə dindirilməyə çağırılıb.

Azvision.az


Teqlər: Ermənistan   Aksiya  





Xəbər lenti