Miqrasiya Xidmətinin rəisi videoqəbul keçirəcək

Miqrasiya Xidmətinin rəisi videoqəbul keçirəcək
  10 İyun 2020    Oxunub:2657
Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov tərəfindən vətəndaşların videoqəbulunun keçirilməsi nəzərdə tutulub.
Xidmətdən Azvision.az -a verilən məlumata görə, videoqəbulda iştirak etmək istəyən vətəndaşlar Xidmətin rəsmi internet səhifəsi vasitəsilə qəbula yazıla bilərlər.

Qeydiyyatdan keçmiş şəxslərə qəbulun keçirilmə forması, keçiriləcəyi tarix və saat barədə əlavə məlumat veriləcək.

Qəbulda iştirak edən şəxslər şəxsiyyətini təsdiq edən sənədi (əcnəbi olduğu təqdirdə yaşama icazəsi və ya xarici pasportları) təqdim etməlidir.

Azvision.az



Teqlər: MiqrasiyaXidməti  





Xəbər lenti