Berdimuhəmmədovun gəlişini 19 saat gözlədilər

Berdimuhəmmədovun gəlişini 19 saat gözlədilər
  10 İyun 2020    Oxunub:3254
Türkmənabat sakinləri Prezident Qurbanqulu Berdimuhəmmədovun gəlişini 19 saat gözləyiblər.
Azvision.az "Xronika Turkmenistan"a istinadən xəbər verir ki, onlar iyunun 8-də səhər saat 4-dən axşam 11-dək hava limanına aparan yolda Prezidentin gəlişini gözləyiblər.

İnsanlar yol boyu düzüblər, onlara çətir, yemək, su və mobil telefon götürmək qadağan edilib, əllərinə bayraqlar verilib.

Günorta saatlarında bəzi insanlar, xüsusən yaşlılar və qadınlar huşunu itirməyə başlayanda, təşkilatçılar Prezidentin gecikdiyini anlayıblar və su gətiriblər.

Prezidentin korteji keçdikdən yarım saat sonra şəhər sakinlərinə avtobuslara minməyə icazə verilib. İnsanlar bu cür tədbirlərdə iştirakdan imtina edə bilmirlər, əks halda, iş yerlərini itirməkdən qorxurlar.

Xatırladaq ki, Berdimuhəmmədov Aşqabad hava limanında görüş keçirdiyi üçün Türkmənabata nəzərdə tutulmuş vaxtda gəlməyib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Türkmənabata  





Xəbər lenti