Xanım jurnalist nazirin birinci müavini təyin edildi

Xanım jurnalist nazirin birinci müavini təyin edildi
  10 İyun 2020    Oxunub:4116
Krım tatarı Əminə Caparova Ukrayna Xarici İşlər nazirinin birinci müavini vəzifəsinə təyin edilib.
Azvision.az xəbər verir ki, bu barədə Ukrayna Xarici İşlər naziri Dmitri Kuleba bildirib.

Nazir əlavə edib ki, komanda güclü oyunçu ilə tamamlandı: “O, xalq diplomatiyası, beynəlxalq təşkilatlar, dövlət protokolu və Krım məsələləri üzrə cavabdehdir”.

Qeyd edək ki, Əminə Caparova Krım tatarıdır və daha əvvəl jurnalist işləyib. 2016-cı ilin aprel ayından etibarən Ukraynanın İnformasiya Siyasəti nazirinin birinci müavini vəzifəsində çalışıb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Ukrayna  





Xəbər lenti