Qaniçən erməni generalın səhhəti kəskin pisləşib

 Qaniçən erməni generalın səhhəti kəskin pisləşib
  10 İyun 2020    Oxunub:3095
Ermənistanın müdafiə nazirinin sabiq müavini, keçmiş deputat Manvel Qriqoryanın səhhəti kəskin pisləşib.
Azvision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə onun vəkili Levon Baqdasaryan bildirib.

"Qriqoryanın vəziyyəti pisləşib, ürək problemləri var, huşsuz vəziyyətdədir, süni nəfəs aparatına qoşulub”, - vəkil deyib.

Xatırladaq ki, Manvel Qriqoryana qarşı 2018-ci ilin iyun ayında cinayət işi açılıb. O, qanunsuz silah- sursat saxlamaqda, 1 milyard dramdan çox dövlət əmlakının mənimsənilməsində, vergidən yayınmaqda ittiham olunur. Həmçinin, 2016-cı ilin aprel döyüşlərində erməni əsgərlərinə göndərilmiş yardımı mənimsəməkdə təqsirli bilinir.

Məhkəmə onu 2020-ci ilin yanvarında səhhətindəki problemlərə görə yaşayış yerini tərk etməmək öhdəliyi ilə azadlığa buraxıb.

Onun həyat yoldaşı Nazik Amiryana qarşı da ittiham qaldırılıb.

Qriqoryan Azərbaycan torpaqlarının işğalının əsas iştirakçılarından biri olub. Cəbrayıl və Füzulinin işğalı zamanı azərbaycanlıların mülklərini yağmalayıb, dinc sakinlərə işgəncə verib. 2014-cü ilin noyabrında “Azadlıq” radiosunun ermənidilli bürosuna verdiyi müsahibəsində Qriqoryan Qarabağ müharibəsindən yüzlərlə azərbaycanlı girovla geri qayıtdığını və hətta onları şəxsi evində işlətdiyini açıq şəkildə bəyan edib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: ManvelQriqoryan  





Xəbər lenti