Ermənistanın İrandakı səfirliyi qarşısında etiraz aksiyası - FOTO

   Ermənistanın İrandakı səfirliyi qarşısında etiraz aksiyası -    FOTO
  10 İyun 2020    Oxunub:3814
Tehran Universitetinin bir qrup tələbəsi Ermənistanın İrandakı səfirliyi qarşısında etiraz aksiyası keçirib.
Tələbələr Ermənistanın İsraildə səfirlik açmaq istəyinin əleyhinə çıxış ediblər. Aksiya iştirakçıları qeyd ediblər ki, Ermənistan hökuməti ikiüzlü və riyakardır. Diplomatiya adı altında yalan danışan rəsmi Yerevan səfirlik açmaq planlarına yenidən baxmalıdır. Etirazçı tələbələr tələblərini yazılı şəkildə səfirliyə təqdim ediblər.

Polis aksiya iştirakçılarının təhlükəsizliyini təmin edərək, onların səfirliyin binasına daxil olmasına imkan verməyib. Aksiya insidentsiz başa çatıb. (AzərTAc)



Azvision.az


Teqlər: İran   Ermənistan   Səfirlik  





Xəbər lenti