1 qəsəbə və 2 kəndə yeni status verilir

1 qəsəbə və 2 kəndə yeni status verilir
  08 İyun 2020    Oxunub:3365
Milli Məclisin Regional məsələlər komitəsinin bu gün keçirilən iclasında “Naxçıvan Muxtar Respublikasının Babək rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi haqqında” qanun layihəsi müzakirəyə çıxarılıb.
Azvision.az -ın məlumatına görə, qanun layihəsində Babək rayonunun Nehrəm və Cəhri kəndlərinə qəsəbə statusunun verilməsini nəzərdə tutulur.

Bundan əlavə, Babək rayonunun mərkəzi olan Babək qəsəbəsinə şəhər statusunun verilməsi təklif olunur.

Anar Kəlbiyev
Azvision.az


Teqlər: Milli-Məclis   Regional   Komitə  





Xəbər lenti