Bu gün karantini pozan 900 nəfər cərimələndi

   Bu gün karantini pozan 900 nəfər cərimələndi
  07 İyun 2020    Oxunub:5966
Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonunda sərtləşdirilmiş karantin rejimini pozan 900 nəfər cərimələnib.
Azvision.az xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev bildirib.

Onun sözlərinə görə, iyunun 6-sı saat 00.00-dan bu gün saat 17.00-a qədər 900-ə yaxın şəxs barəsində inzibati protokol tərtib edilib.

DYP rəsmisi qeyd edib ki, nəqliyyatın hərəkəti qadağan edildiyindən, bütün mağaza və restoranların, həmçinin iaşə obyektlərinin fəaliyyəti tam dayandırıldığından Bakının küçə və prospektlərində, park və xiyabanlarında tam boşluq yaranıb.

Azvision.az


Teqlər: DYP   Karantin  





Xəbər lenti