İranda daha 2269 nəfər koronavirusa yoluxdu

  06 İyun 2020    Oxunub : 2809
 İranda daha 2269 nəfər koronavirusa yoluxdu
İranda son sutka ərzində daha 75 nəfər koronavirusdan dünyasını dəyişib.
Azvision.az xəbər verir ki, bu barədə İran Səhiyyə Nazirliyinin sözçüsü Kiyanuş Cahanpur bildirib.

Onun sözlərinə görə, bununla da ölkədə koronavirus qurbanlarının sayı 8209 nəfərə çatıb. Ölkə üzrə virusa yoluxma sayı son sutkada 2269 nəfər artaraq 169 min 425-ə yüksəlib. İndiyədək xəstələrdən 132 min 38 nəfər sağalıb.

Şahanə Rəhimli
Azvision.az

Teqlər: İran   virus