Mer Trampdan hərbçilərin çıxarılmasını tələb etdi

Mer Trampdan hərbçilərin çıxarılmasını tələb etdi
  05 İyun 2020    Oxunub:4063
Vaşinqton meri Myuriel Bouzer ABŞ Prezidenti Donald Trampdan hərbçilərin paytaxtdan çəkilməsini tələb edib.
Azvision.az xəbər verir ki, bu barədə mer “Twitter”də yazıb.

"Mən Donald Trampdan şəhərimizdə federal hüquq mühafizə orqanlarının və hərbçilərin fövqəladə mövcudluğuna son qoymasını tələb edirəm", - deyə mer qeyd edib.

O, iyunun 4-də Trampa yazdığı məktubda paytaxtda komendant saatı rejiminin bitdiyini, həbslər olmadığını və hərbi qüvvələri geri çəkməyin lazım olduğunu bildirib.

Xatırladaq ki, mayın 25-də afroamerikalı Corc Floydun polis tərəfindən boğularaq öldürülməsi ABŞ-da iğtişaşlarla müşayiət olunan böyük etirazlara səbəb olub. Bundan sonra Tramp paytaxt daxil olmaqla, 40-dan çox şəhərdə komendant saatı tətbiq edib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: DonaldTramp  





Xəbər lenti