Koronavirusa yoluxan dünya çempionundan xəbər var

Koronavirusa yoluxan dünya çempionundan xəbər var
  05 İyun 2020    Oxunub:2922
Milli Məclis Sədrinin müavini Adil Əliyev üçqat dünya və Avropa çempionu Bayram Əliyevin səhhəti ilə maraqlanıb.
Azvision.az xəbər verir ki, Milli Məclis Sədrinin müavini, Gənclər və idman komitəsinin sədri Adil Əliyev koronavirusa yoluxmuş pauerliftinq üzrə üçqat dünya və Avropa çempionu Bayram Əliyevin səhhəti ilə bağlı Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasının direktoru professor Surxay Musayevlə əlaqə saxlayıb.

Professor idmançının vəziyyətinin qənaətbəxş olduğunu və yaxın günlərdə evə buraxılacağını bildirib.

A.Əliyev öz növbəsində Surxay Əliyevin timsalında bütün tibb işçilərinə minnətdarlığını bildirib.

Daha sonra Bayram Əliyevlə danışıb, ona və bütün xəstələrə Allahdan şəfa diləyib, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin bu çətin sınaqdan üzü ağ çıxacağını bildirib.

Vitse-spiker pandemiya təhlükəsinə qarşı, ciddi yanaşmağa çağıraraq, bu virusun yaşlı və gənc olmasından asılı olmayaraq, hər kəsi təhdid etdiyini vurğulayıb. Eyni zamanda idmançıların bu virusa yoluxmasının vəziyyətin ciddiliyinin əyani təsdiqi olduğunu bildirib. Bütün vətəndaşları karantin rejiminin tələblərinə ciddi şəkildə riayət etməyə, evdə qalmağa, zərurət yaranmadığı halda evdən çıxmamağa səsləyib.

Azvision.az


Teqlər: Adil-Əliyev   Vitse-spiker  





Xəbər lenti