“Surət Hüseynov dar ağacı qurmuşdu ki, Əli Kərimli və İsa Qəmbəri assın”

 “Surət Hüseynov dar ağacı qurmuşdu ki, Əli Kərimli və İsa Qəmbəri assın”
  05 İyun 2020    Oxunub:3874
Vaxtilə Surət Hüseynovun əsiri olan şəxslər indi "qəhrəman" kimi təqdim olunurlar.
Azvision.az xəbər verir ki, bunu Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov parlamentin bu gün keçirilən iclasında deyib.

Komitə sədri bildirib ki, o zaman hadisələrin qarşısını ala bilməyən AXC-Müsavat cütlüyü indi özlərini demokrat adlandırır:

“O zaman Surət Hüseynov dar ağacları qurmuşdu ki, Əli Kərimlini və İsa Qəmbəri assın. Bunları ümumilli lider Heydər Əliyev dar ağacından xilas etdi. O zaman dövlət katibi olan Əli Kərimli iki il qaçıb Kələkidə gizlənmişdi, Heydər Əliyev demokratik dövlət qurandan sonra hərəsi bir dərədən çıxıb özlərini demokrat adlandırırlar”.

Anar Kəlbiyev
Azvision.az


Teqlər: Siyavuş-Novruzov   Deputat  





Xəbər lenti