Sabunçuda ər arvadını bıçaqlayıb

 Sabunçuda ər arvadını bıçaqlayıb
  05 İyun 2020    Oxunub:2999
Bakıda arvadını bıçaqlayan şəxs polisə təslim olub.
Azvision.az -ın məlumatına görə, hadisə paytaxtın Sabunçu rayonundan baş verib.

Belə ki, rayonun Sabunçu qəsəbəsində 1990-cı il təvəllüdlü Günel Babayeva münaqişə zəmində həyat yoldaşı, 1986-cı il təvəllüdlü Ramiq Dadaşov tərəfindən bıçaqlanıb. Qadın xəstəxanaya yerləşdirilib.

Hadisəni törədən R. Dadaşov hadisəni törədəndən sonra Sabunçu rayon Polis İdarəsinin 12-ci Polis Bölməsinə gələrək təslim olub.

Faktla bağlı Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma)maddəsi ilə cinayət işi başlanıb.

Azvision.az


Teqlər: Bıçaq  





Xəbər lenti